...

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 28 Noyabr 2019 08:41
Albaniyada noyabrın 26-sı baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb
Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Albaniyada noyabrın 26-sı baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölənlərin sayı 35 nəfərə çatıb, indiyə qədər dağıntılar altından təxminən 45 nəfəri xilas etmək mümkün olub.

Məlumata əsasən, axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl 27 nəfərin öldüyü, 650 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, Albaniyada noyabrın 26-sı 6,4 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə olan yeraltə təkanlar həmçinin Şimali Makedoniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Yunanıstan, Xorvatiya və İtaliyada da hiss olunub.

Albaniya hökuməti noyabrın 27-sini ümummilli matəm günü elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti