...

ABŞ sakinləri "Black Friday" günü onlayn alış-verişə 7,4 milyard dollar xərcləyiblər

Dünya xəbərləri Materials 1 Dekabr 2019 07:15 (UTC +04:00)
ABŞ sakinləri "Black Friday" günü onlayn alış-veriş mağazalarında 7,4 milyard dollar xərcləyiblər
ABŞ sakinləri "Black Friday" günü onlayn alış-verişə 7,4 milyard dollar xərcləyiblər

Bakı. Trend:

ABŞ sakinləri "Black Friday" günü onlayn alış-veriş mağazalarında 7,4 milyard dollar xərcləyiblər.

Trend-in məlumatına görə, bu barədə "CNBC" teleşirkəti "Adobe Analytics"in statistik məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, builki göstəricilər ötən ilki göstəriciləri 1 milyard dollardan artıq üstələyir - 2018-ci ildə "Black Friday" günü ABŞ vətəndaşları 6,22 milayrd dollar xərcləmişdi. Bu vəsaitlərdən təxminən 2 milyard dolları smartfonlar vasitəsi ilə alış-verişə xərclənmişdi, amma cari il bu göstərici 2,9 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti