...

Polis küçəni bağladı - Şübhəli qutu aşkarlanıb

Dünya xəbərləri Materials 8 Dekabr 2019 14:16 (UTC +04:00)
Qazaxıstanın Almatı şəhərində şübhəli qutu səbəbindən küçə polislər tərəfindən bağlanıb
Polis küçəni bağladı - Şübhəli qutu aşkarlanıb

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində şübhəli qutu səbəbindən küçə polislər tərəfindən bağlanıb.

Trend-in "Kazinform"a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Sain küçəsi ilə Tole bi prospektinin kəsişməsində şübhəli bir qutunun tapıldığı barədə siqnal alındı. Bu cür mesajlara cavab verilməsi üzrə həyata keçirilən ilkin tədbirlər çərçivəsində şəhərin təcili və operativ xidmətləri tərəfindən ilk növbədə vətəndaşların təhlükəsizliyi təmin edilib: hadisə yeri mühasirəyə alınıb, patrul polisi nəqliyyat vasitələrini alternativ avtomobil yollarına yönəldib".

Mütəxəssislər tərəfindən baxəş keçirildikdən sonra şübhələr təsdiqlənməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti