...

Xorvatiyada prezident seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 22 Dekabr 2019 04:21 (UTC +04:00)
Bu gün Xorvatiyada prezident seçkiləri keçiriləcək
Xorvatiyada prezident seçkiləri keçiriləcək

Bakı. Trend:

Bu gün Xorvatiyada prezident seçkiləri keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, dövlət başçısı vəzifəsinə 11 namizəd var: hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç, Zoran Milanoviç, Miroslav Şkoro, Dario Yuriçan, Daliya Oreşkoviç, Mislav Kolakuşiç, İvan Pernar, Katarina Peoviç, Nedelko Babiç, Deyan Kovaç və Anto Capiç.

Son rəy sorğularına əsasən, keçiriləcək seçkilərin favoritləri Kolinda Qrabar-Kitaroviç, Zoran Milanoviç və Miroslav Şkoro hesab edilir.

Bu üçlükdə keçmiş baş naziri Zoran Milanoviçdir. Bu mərhələdə 24,3 faiz seçici onun namizədliyini dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti