...

Qazaxıstanda matəm elan edildi

Dünya xəbərləri Materials 27 Dekabr 2019 11:38 (UTC +04:00)
Almatıda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.
Qazaxıstanda matəm elan edildi

Bakı. Trend:

Almatıda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.

Trend-in məlumatına görə, ölkə prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti