...

Niderland hökuməti “Hollandiya” adından rəsmən imtina etdi

Dünya xəbərləri Materials 2 Yanvar 2020 09:54 (UTC +04:00)
Niderland hökuməti 2020-ci il yanvarın 1-dən etibarən “Hollandiya” adının işlənməyəcəyini elan edib
Niderland hökuməti “Hollandiya” adından rəsmən imtina etdi

Bakı. Trend:

Niderland hökuməti 2020-ci il yanvarın 1-dən etibarən “Hollandiya” adının işlənməyəcəyini elan edib.

Trend-in məlumatına görə, yeni qərara əsasən, tədris müəssisələri, şirkətlər, eləcə mətbuat orqanları “Hollandiya” adından istifadə etməyəcək.

Niderland hökuməti bildirib ki, bu qərar ölkə ilə bağlı mənfi imicin aradan qalxması ilə əlaqədar qəbul edilib.

Bundan başqa, “Hollandiya” adının ləğv olunması ölkə üzrə turist axınını tənzimləyəcək. Belə ki, bu gün ölkəyə gələn turistlərin böyük əksəriyyəti tarixi Hollandiya ərazisinə, yəni Amsterdam, Haaqa və Harlem şəhərlərinə səfər edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti