...

İranın hərbi təyyarələri havaya qaldırılıb

Dünya xəbərləri Materials 8 Yanvar 2020 04:54 (UTC +04:00)

Bakı. Trend:

İranın hərbi təyyarəli havaya qaldırılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu tədbirlər ABŞ-ın BƏƏ-dəki hərbi bazasından qırıcıların havaya qaldırılmasına cavab olaraq görülüb.

Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib. Yeni raket hücumunun dəqiq hədəfi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti