...

İran raketlərlə ABŞ obyektlərinə hücum edib - Regionda vəziyyətin eskalasiyası (VİDEO)

Dünya xəbərləri Materials 8 Yanvar 2020 10:39 (UTC +04:00)
İran qoşunları İraqda ABŞ obyektlərinə zərbələr endirib
İran raketlərlə ABŞ obyektlərinə hücum edib - Regionda vəziyyətin eskalasiyası (VİDEO)

Bakı. Trend:

İran qoşunları İraqda ABŞ obyektlərinə zərbələr endirib.

Trend-in İrandakı xüsusi müxbiri xəbər verir ki, İranın İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İraqın qərbindəki Eynül-Əsəd bazasına və Ərbildəki bazaya 35 zərbə endirib. Hücum nəticəsində azı 80 amerikalı hərbçi həlak olub.

Məlumatlı hərbçi bildirib ki, dəqiq məlumatlara əsasən təxminən 200 nəfər yaralanıb. İranlı hərbçi yaralıların vertolyotla dərhal bazadan aparıldığını deyib. İranlı hərbçinin sözlərinə görə, Eynül-Əsəd bazası ABŞ üçün strateji obyekt idi və bu bazadan PUA-lara dəstək verilirdi.

Qeyd edilir ki, bazada 20 həssas məkana 15 ədəd raket atılıb. Çoxlu sayda PUA və helikopter məhv edilib.

SEPAH hərbçisi deyib ki, bölgədə ABŞ-ın 104 həssas məkanı müəyyənləşdirilib. ABŞ tərəfindən hər hansı ilk hücuma cavab olaraq məhv ediləcək.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə zərbələri özünümüdafiə tədbiri adlandırıb və vurğulayıb ki, İran “eskalasiya və ya müharibə” niyyətində deyil.

ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Stefani Qrişem bildirib ki, prezident zərbələr barədə məlumatlandırılıb və öz müşavirləri ilə məsləhətləşmələr aparır.

Pentaqonun nümayəndəsi Conatan Hoffman deyib ki, zərbə İran ərazisindən endirilib. SEPAH məsuliyyəti öz üzərinə götürüb.

İranın ali lideri Əli Xamneyi bu gün Qum şəhərində çıxış edəcək. Bu, İraqdakı bazalara endirilmiş zərbələr fonunda vacib əhəmiyyət kəsb edir.

Öz növbəsində İran Silahlı Qüvvələrinin qərargah rəisi Məhəmməd Bageri bəyan edib ki, ABŞ-ın öz qüvvələrini regiondan çıxarmağının vaxtı çatıb və vurğulayıb ki, ABŞ-ın istənilən yeni addımına İran tərəfindən daha sərt cavab veriləcək.

M.Bageri ABŞ rəsmilərinə xəbərdarlıq edib ki, gecə baş vermiş hadisə İranın Qasım Süleymaninin öldürülməsinə reaksiyasının yalnız bir hissəsidir.

CNN telekanalı bildirib ki, İran tərəfindən buraxılan raketlər Eynül-Əsəd bazasının amerikalı hərbçilər olmayan hissəsinə düşüb. Bunu ziyanın dəyərləndirilməsi bağlı aparılann ilkin araşdırmalar təsdiq edib. Bununla belə, tam araşdırma yalnız gün ərzində aparmaq mümkün olacaq.

O da məlum olub ki, İranın İraqda Eynül-Əsəd hərbi bazasına atdığı raketlər ballistik “Fateh” raketləri olub. İranın Fars informasiya agentliyi yazıb ki, İraqın Eynül-Əsəd bazasına yaxın olduğuna görə, bu raketlər İranın qərbində yerləşən Kirmanşah vilayətindən (məsafə 430 kilometr) atılıb.

İstifadə olunan raketlər "Fateh-313" növündən olub və bu raketin radiusu 500 kilometrdir. Sözügedən raketlərin çəkisi 3220 kq, uzunluğu 8,8 metr, qalınlığı isə 61 santimetrdir. "Fateh" ballistik raketlərinin hədəfi dəqiq vurduğu bildirilir.

Bu arada, ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-ın İraqda yerləşən “Əl-Əsəd” hərbi bazasını bombalaması ilə bağlı bəyanat verib. D.Trump öz “Twitter” səhifəsində bildirib ki, hazırda tələfatların və zərərlərin qiymətləndirilməsi aparılır: “İran tərəfi İraqda yerləşən iki hərbi bazaya rakətlərlə atəş açıb. Hazırda tələfatların və zərərlərin qiymətləndiriməsi aparılır. Hələ ki, hər şey yaxşısıdır. Biz dünyanın hər yerində ən güclü və yaxşı təchiz olunmuş orduya malikik. Mən sabah səhər bu məsələ ilə bağlı bəyanat verəcəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti