...

İranda təyyarə qəzasında ölən Kanada vətəndaşlarının sayı dəqiqləşdirilib

Dünya xəbərləri Materials 11 Yanvar 2020 07:17 (UTC +04:00)
İranda baş verən təyyarə qəzası nəticəsində 57 Kanada vətəndaşı həlak olub
İranda təyyarə qəzasında ölən Kanada vətəndaşlarının sayı dəqiqləşdirilib

Bakı. Trend:

İranda baş verən təyyarə qəzası nəticəsində 57 Kanada vətəndaşı həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Kanadanın xarici işlər naziri Fransua-Filip Şampan jurnalistlərə deyib.

F.F.Şampan bildirib: "Hazırda Kanadadan ölənlərin sayı 57 nəfər təşkil edir".

Onun sözlərinə görə, sənədlərin və digər məlumatların öyrənilməsi bu gün ölənlər arasında 63 deyil, daha az Kanada vətəndaşının olduğunu deməyə imkan verir.

XİN rəhbəri qeyd edib ki, hazırda İran Kanada nümayəndələrinə iki viza verib, digər vizalar gözlənilir. Nazir əlavə edib ki, bu konsulluq xidmətləri göstərməyə başlamağa, şəxsiyyətlərin müəyyənləşdirilməsində və istintaqda iştirak etməyə imkan verəcək.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti