...

Əfqanıstanda iki ABŞ əsgəri öldürülüb

Dünya xəbərləri Materials 11 Yanvar 2020 21:18 (UTC +04:00)
Əfqanıstanın cənubunda iki ABŞ əsgəri ölüb, daha ikisi yaralanıb
Əfqanıstanda iki ABŞ əsgəri öldürülüb

Bakı. Trend:

Əfqanıstanın cənubunda avtomobilin partladılması nəticəsində iki ABŞ əsgəri ölüb, daha ikisi yaralanıb.

Trend-in məlumatına görə, NATO missiyasının "Resolute Support" qrupuna daxil olan Amerika kontingentinin döyüş maşını Qəndəhar əyalətinin cənubundakı Dand əyalətində partlayıcı qurğuya düşüb. Hadisə nəticəsində daha iki əsgərin yaralandığı da bildirilir.

Məlumatda Talibanın məsuliyyəti üzərinə götürdüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti