...

Xilasedici it dağda yoxa çıxandan 16 gün sonra qayıdıb

Dünya xəbərləri Materials 30 Yanvar 2020 10:17 (UTC +04:00)
İtaliyanın şimal-şərqindəki Valle d’Aosta vilayətində xilasedici it 16 gündən sonra geri qayıdıb.
Xilasedici it dağda yoxa çıxandan 16 gün sonra qayıdıb

Bakı. Trend:

İtaliyanın şimal-şərqindəki Valle d’Aosta vilayətində xilasedici it 16 gündən sonra geri qayıdıb.

Trend-in məlumatına görə, xilasetmə xidmətinə məxsus heyvan yanvarın 12-də Alp dağlarında itmişdi.

İtin sahibləri bildirir ki, onun axtarışları 10 gün davam edib. Axtarışlar nəticə vermədikdən sonra dayandırılıb.

Qeyd olunur ki, heyvan 3500 metr hündürlükdə buzlaq ərazidə qalıb. Bu müddət ərzində itin heç nə ilə qidalanmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti