...

Çində 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 1 Fevral 2020 06:39 (UTC +04:00)
Çində 11,7 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub
Çində 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb (YENİLƏNİB)

Bakı. Trend:

Çində 11,7 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları Hubey əyalətində qeydə alınıb (7,1 mindən artıq yoluxma halları, 249 ölü).

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

XXX

02:49

Çində 11,1 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 2019-nCoV koronavirusundan ölənlərin sayı 258 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün 9692 nəfərin yeni növ koronavirusa yoluxduğu, 213 nəfərin isə öldüyü bildirilirdi.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları Hubey əyalətində qeydə alınıb (7,1 mindən artıq yoluxma halları, 249 ölü).

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti