...

"Əl-Qaidə" rəhbərini Yəmən HHQ vurub - İDDİA

Dünya xəbərləri Materials 1 Fevral 2020 10:02 (UTC +04:00)
ABŞ rəsmiləri "Ərəbistan yarımadasındakı Əl-Qaidə" terror qruplaşmasının lideri Qasim ər-Rayminin Yəmənə endirilən hava zərbələri nəticəsində öldürüldüyünü hesab edirlər
"Əl-Qaidə" rəhbərini Yəmən HHQ vurub - İDDİA

Bakı. Trend:

ABŞ rəsmiləri "Ərəbistan yarımadasındakı Əl-Qaidə" terror qruplaşmasının lideri Qasim ər-Rayminin Yəmənə endirilən hava zərbələri nəticəsində öldürüldüyünü hesab edirlər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "The New York Times" qəzetinə mənbələr bildirib.

Mənbələrin sözlərinə görə, ABŞ bir neçə ay ərzində ər-Rayminin yerini müəyyən etməyə çalışıblar. 2019-cu ilin noyabr ayında Mərkəzi Kəşfiyyat İdarəsi terrorçunun Yəməndə olduğu barədə məlumat alıb. Daha sonra ər-Rayminin pilotsuz uçuş aparatları ilə axtarışları davam etdirilib. Yanvar ayında ABŞ Yəmənə hava zərbələri endirib.

Bildirilir ki, ABŞ rəsmiləri ər-Rayminin ölümü barədə bu məlumat təsdiq edildikdən sonra elan edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti