...

ABŞ Somalidə "Əl-Şəbab"ın obyektinə iki hava zərbəsi endirib

Dünya xəbərləri Materials 9 Fevral 2020 11:16 (UTC +04:00)
ABŞ Somalinin Cilib şəhərində "Əl-Şəbab" terror qruplaşmasının obyektinə iki hava zərbəsi endirib
ABŞ Somalidə "Əl-Şəbab"ın obyektinə iki hava zərbəsi endirib

Bakı. Trend:

ABŞ Somalinin Cilib şəhərində "Əl-Şəbab" terror qruplaşmasının obyektinə iki hava zərbəsi endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Silahlı Qüvvələrinin Afrika komandanlığından (AFRİKOM) bildiriblər.

İlkin məlumata əsasən, hava zərbələri nəticəsində terrorçuların bir obyekti məhv edilib, iki terrorçu isə yaralanıb.

Bildirilir ki, hava zərbələri "Əl-Şəbab"ın gələcəkdə hücumlar həyata keçirmək üçün öz infrastrukturunu yaratmasına imkan verməmək məqsədi dayışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti