...

Qar 8 nəfərin ölümünə, 85 nəfərin yaralanmasına səbəb oldu

Dünya xəbərləri Materials 12 Fevral 2020 09:39 (UTC +04:00)
İranın şimalında yerləşən Gilan vilayətində yağan güclü qar 8 nəfərin ölümünə səbəb olub.
Qar 8 nəfərin ölümünə, 85 nəfərin yaralanmasına səbəb oldu

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Gilan vilayətində yağan güclü qar 8 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Onun sözlərinə görə, Rudbar rayonunda uçqun nəticəsində 5 nəfər, Rəşt şəhərində isə 2 nəfər qar təmizləyərkən hündürlükdən yıxılaraq həlak olub.

Xaledi bir nəfərin təcili yardıma çatdırlmadığı üçün ürək çatışmazlığından öldüyünü deyib. Təşkilat rəsmisi bildirib ki, qar və uçqun nəticəsində ümumilikdə 85 nəfər xəsarət alıb.

Güclü qar səbəbi ilə İranın müxtəlif bölgələrində 4,3 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

İranın bir sıra vilayətlərində məktəblərin fəaliyyəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti