...

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 19 Fevral 2020 06:01 (UTC +04:00)
Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu aşıb
Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var

Bakı. Trend:

Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza Kayseri-Malatya avtomobil yolunun 141-ci kilometrində baş verib. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə çox sayda təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti