...

Çin uğurla 4 eksperimental peyk buraxdı

Dünya xəbərləri Materials 20 Fevral 2020 08:07 (UTC +04:00)
Çin fevralın 20-də dörd eksperimental peykini orbitə buraxdı
Çin uğurla 4 eksperimental peyk buraxdı

Bakı. Trend:

Çin fevralın 20-də dörd eksperimental peykini orbitə buraxdı.

Trend-in məlumatına görə, bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) xəbər verib.

Peyklərin buraxılması yerli vaxtla 05:07-də Siçuanın cənub-qərbindəki kosmodromdan Çenjen-2D (CZ-2D) raket daşıyıcısının vasitəsi ilə reallaşdırılıb.

Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də ayın kəşfiyyatı üçün texnologiyalar inkişaf etdirərək milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti