...

ABŞ Türkiyədə "Patriot" komplekslərinin yerləşdirilməsi barədə hələ ki qərar verməyib

Dünya xəbərləri Materials 22 Fevral 2020 07:14 (UTC +04:00)
ABŞ Türkiyədə müvəqqəti "Patriot" zenit-raket komplekslərinin yerləşdirilməsi barədə hələki qərar verməyib
ABŞ Türkiyədə "Patriot" komplekslərinin yerləşdirilməsi barədə hələ ki qərar verməyib

Bakı. Trend:

ABŞ Türkiyədə müvəqqəti "Patriot" zenit-raket komplekslərinin yerləşdirilməsi barədə hələki qərar verməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ hökumətinin nümayəndəsi bildirib.

Nümayəndə deyib: "Biz Türkiyədə, Suriya ilə sərhəd yaxınlığında "Patriot" raketlərinin yerləşdirilməsi istəyindən xəbərdarıq, lakin hələki heç bir qərar qəbul edilməyib".

O qeyd edib ki, Ankara və Vaşinqton arasında bununla və Suriyanın İdlib bölgəsindəki vəziyyətlə əlaqədar danışıqlar davam edir: "İdlibdəki narahatlıq doğuran vəziyyətlə əlaqədar Türkiyə hökuməti ilə müzakirələri davam etdiririk. Əlavə məlumat üçün sizi Türkiyə hökumətinə yönləndiririk".

Nümayəndə təsdiq edib ki, söhbət "Patriot" zenit-raket komplekslərinin müvəqqəti yerləşdirilməsindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti