...

Milli Neft Şirkəti: Koronavirus İranın neft-qaz hasilatına təsir göstərməyib

Dünya xəbərləri Materials 4 Mart 2020 10:32 (UTC +04:00)
Yeni koronavirusun yayılması İranın neft-qaz hasilatına və onun paylanmasına heç bir təsir göstərməyib və bu proses davam edir.
Milli Neft Şirkəti: Koronavirus İranın neft-qaz hasilatına təsir göstərməyib

Bakı. Elnur Bağışov - Trend:

Yeni koronavirusun yayılması İranın neft-qaz hasilatına və onun paylanmasına heç bir təsir göstərməyib və bu proses davam edir.

Trend-in məlumatına görə, bunu İranın Milli Neft Şirkətinin istehsal məsələləri üzrə direktor müavini Fərrux Əlixani Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

F.Əlixaninin sözlərinə görə, İranın Milli Neft Şirkətində 3 səviyyəli fövqəladə vəziyyət komitəsi yaradılıb.

Əlixani əlavə edib ki, İranın neft sənayesində və neft-qaz hasilatı obyektlərində koronavirusla mübarizə istiqamətində uğurlu addımlar atılıb.

Şirkət rəsmisi bununla əlaqədar müntəzəm iclasların keçirildiyini deyib.

Qeyd edək ki, İranda indiyədək 2 336 nəfərin yeni koronavirusa yoluxması, 77 nəfərin ölməsi və 435 nəfərin sağalması təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti