...

Şvartsenegger Rusiyanın robot şirkətini məhkəməyə verib (FOTO)

Dünya xəbərləri Materials 5 Mart 2020 20:25 (UTC +04:00)

Bakı. Trend:

Hollivud ulduzu, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger Rusiyanın “Promobot” robot istehsalı şirkətini məhkəməyə verib.

Trend-in məlumatına görə, aktyor robotlardan birində öz simasının istifadə olunmasına görə bu addımı atıb.

A.Şvartsenegger şirkətdən 10 milyon dollar təzminat tələb edib.

Qeyd olunur ki, təzminata məhkəmə xərcləri və şirkətin robotların satışından əldə etdiyi gəlir daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti