...

Ekvadorda hərbi gəmi karantinə alındı

Dünya xəbərləri Materials 6 Mart 2020 10:46 (UTC +04:00)
Ekvador Hərbi-Dəniz Qüvvələrinin gəmisi koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb
Ekvadorda hərbi gəmi karantinə alındı

Bakı. Trend:

Ekvador Hərbi-Dəniz Qüvvələrinin gəmisi koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb.

Trend-in məlumatına görə, buna səbəb kimi gəmidəki dənizçilərdən birinin koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olması göstərilib.

Hərbi gəmi Quayakil şəhəri yaxınlığındakı hərbi-dəniz bazasında karantinə alınıb. Gəmidə 50 heyət üzvü var.

Qeyd edək ki, bu günədək Ekvadorda 13 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti