Bakı. Trend:
Rusiya hökuməti İrandan gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən buraxılışının dayandırılmasını qərara alıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Nazirlər Kabinetinin sərəncamında deyilir.
Qərar yeni tip koronavirusun yayılması ilə əlaqədar qəbul edilib və ona əsasən 7 Mart 2020-ci il tarixi, yerli vaxtla saat 00-dan müvəqqəti olaraq RF-nin dövlət sərhədindən əmək fəaliyyətini həyata keçirmək, təhsil almaq, həmçinin özəl, turist və tranzit məqsədləri ilə İran İslam Respublikasının ərazisindən gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılışı dayandırılır.
Qeyd olunur ki, məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına, təyyarələrin ekipajlarına, rəsmi nümayəndə heyətlərinin üzvlərinə və RF-da yaşamaq icazəsi olan şəxslərə şamil edilmir.