...

Türkiyədə koronavirusa ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 11 Mart 2020 02:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

F.Koca bildirib ki, yoluxan şəxs Türkiyə vətəndaşıdır və o, yaxın zamanda Avropadan qayıdıb. Nazir bildirib ki, yoluxan kişi karantinə yerləşdirilib.

Səhiyyə naziri həmçinin ölkə vətəndaşlarını ehtiyac olmadığı halda ölkəni tərk etməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti