...

Rusiya bütün ölkələrlə aviaəlaqəni dayandırır

Dünya xəbərləri Materials 26 Mart 2020 10:50 (UTC +04:00)
Rusiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün ölkələrlə müntəzəm və çarter aviauçuşları dayandırır
Rusiya bütün ölkələrlə aviaəlaqəni dayandırır

Bakı. Trend:

Rusiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün ölkələrlə müntəzəm və çarter aviauçuşlarını dayandırır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, yalnız xaricdə qalan Rusiya vətəndaşlarını gətirmək məqsədilə reyslər təşkil olunacaq.

Uçuş qadağası martın 27-dən qüvvəyə minir.

Qeyd edək ki, bu günə qədər 658 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti