...

İranda koronavirusdan ölənlərin sayı 3 mini keçdi

Dünya xəbərləri Materials 1 Aprel 2020 13:48 (UTC +04:00)
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
İranda koronavirusdan ölənlərin sayı 3 mini keçdi

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda indiyədək yeni koroanvirusdan (COVID 19) 3 036 nəfər ölüb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin müdiri K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 138 nəfərin koronavirus nəticəsində ölməsi öz təsdiqini tapıb.

O bildirib ki, ötən 24 saat ərzində İranda 2 987 nəfərin bu virusa yoluxub və onların sayı 47 593 nəfərə yüksəlib.

Cahanpurun sözlərinə görə, hazırda İranda 3 871 nəfərin vəziyyəti ağır və kritik qiymətləndirilir. İndiyədək 15 473 nəfər virusdan sağalıb.

Bu günədək (1 aprel) İranda 67 milyondan çox şəxs yeni koronavirus testindən keçib.

Qeyd edək ki, İranda ilk koronavirusa yoluxma halı 19 fevralda qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti