...

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 nəfərə çatdı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 3 Aprel 2020 00:56 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb, son sutka ərzində 3 ölüm halı qeydə alınıb.

Trend-in "Krasnaya vesna"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.

Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 72 yaşlı qadın olub.

Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 7 nəfərə çatıb.

XXX

23:16

Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb.

Trend-in "Krasnaya vesna"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.

Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 78 yaşlı qadın olub.

Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 6 nəfərə çatıb, yoluxan şəxslərdən 5-nin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti