...

Hindistanda koronavirusa 900-dən çox yeni yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 12 Aprel 2020 10:00 (UTC +04:00)

Bakı. Trend:

Hindistanda son bir gündə yeni koronavirus COVID-19 ilə 909 yeni yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Ailə Rifah Nazirliyi xəbər yayıb.

Ümumilikdə ölkədə koronavirusa 8 356 nəfər yoluxub, 715 nəfər sağalıb, 273 nəfər ölüb.

Yoluxanların ən çox sayı Maharaştra əyalətindədir - 1761 nəfər. Ardınca 1 069 yoluxma halı ilə Deli və daha sonra 969 yoluxma ilə Tamiland gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti