...

İranda koronavirusdan 5 minә yaxın insan ölüb

Dünya xəbərləri Materials 17 Aprel 2020 13:59 (UTC +04:00)
İranda koronavirusdan 5 minә yaxın insan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda 19 fevraldan bu günәdәk koronavirus (COVID19) nәticәsindә 4 958 nәfәr ölüb.

Bu barәdә Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda 89 nәfәrin bu virusdan ölmәsi öz tәsdiqini tapıb.

O әlavә edib ki, ötәn sutka ərzində daha 1 499 nәfәrin koronavirusa yoluxması ilә İranda yoluxanların sayı 79 494 nәfәrә yüksәlib. Onlardan 3 563 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 54 064 nәfәrin müalicә olunaraq sağaldığını deyib. İndiyәdәk 319 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti