...

KİV: İsrail Suriya ərazisinə raket zərbələri endirib

Dünya xəbərləri Materials 21 Aprel 2020 01:23 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın hava hücumundan müdafiə (HHM) sistemləri Homs əyalətinin Palmira rayonu üzərində İsrailin raket zərbələrini dəf edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın "SANA" agentliyi xəbər verir.

Bildirilir ki, Suriyanın HHM sistemləri Palmira üzərində bir neçə raketi vurublar.

"Al Mayadeen" telekanalının məlumatına əsasən, İsrail təyyarələrinin hədəfi Palmiranın hava limanından şimalda yerləşən hərbi obyektlər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti