...

Kanadada koronavirusa yoluxanların sayı 40 min nəfəri keçib

Dünya xəbərləri Materials 23 Aprel 2020 06:19 (UTC +04:00)
Kanadada sutka ərzində koronavirusa yoluxanların sayı 1768 nəfər artaraq 40 190 nəfərə çatıb
Kanadada koronavirusa yoluxanların sayı 40 min nəfəri keçib

Bakı. Trend:

Kanadada sutka ərzində koronavirusa yoluxanların sayı 1768 nəfər artaraq 40 190 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkə Səhiyyə Nazirliyi bildirib.

Ölkədə yoluxanların sayının artım tempi yüksəlib, aprelin 21-i günü 1591 nəfər qeyd edilib. Ən çox yoluxma halları Kvebek (20965), Ontario (12245) və Alberta (3401) vilayətlərində aşkar edilib.

Koronavirusla bağlı 612,2 minə yaxın insan testdən keçib, əvvəlki vaxtda xəstələnənlərdən 14 min nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti