Bakı. Trend:
Braziliyada son sutka ərzində yeni növ koronavirusdan 407 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Bildirilir ki, ölkədə koronvirusdan ölənlərin ümumi sayı 3 313 nəfərə çatıb.
Statistikaya əsasən, son sutka ərzində 3 375 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 49 492 nəfərə çatıb.