...

Türkiyə Ermənistanla sərhəddə qızılquşların kütləvi tələfatını araşdıracaq

Dünya xəbərləri Materials 29 Aprel 2020 11:03 (UTC +04:00)
Türkiyə Ermənistanla sərhəddə qızılquşların kütləvi tələfatını araşdıracaq

Bakı. Trend:

Türkiyə Ermənistanla sərhəddə Qars vilayəti ərazisində qızılquşların kütləvi tələfatını araşdıracaq.

Trend-in məlumatına görə, Ermənistanla sərhəddə yerləşən Ayaklı yaşayış məntəqəsində 9 ölü qızılquş aşkar edilib.

İlkin ehtimallara əsasən, bu quşların zəhərləndiyi deyilir. Quşların ölümünü araşdırmaq üçün onların mikrobioloji analizi keçiriləcək.

Analizdən sonra kütləvi tələfatın səbəbləri müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti