...

Rusiyada ən çox qaçırılan avtomobillərin reytinqi dərc edilib

Dünya xəbərləri Materials 29 Aprel 2020 20:09 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada 2019-cu ildə ən çox qaçırılan avtomobillərin reytinqi dərc edilib.

Trend-in məlumatına görə, sığorta mütəxəssislərinin tərtib etdiyi cədvəldə liderliyi 2018-ci ildə olduğu kimi "Cadillac Escapade" avtomobili saxlayıb.

Ən çox qaçırılan avtomobillərin ilk onluğuna "Toyota"nın üç modeli düşüb. "Camry" 2019-cu ildə ən çox qaçırılan ikinci avtomobil olub. "Toyota"nın "Land Cruiser 200" və "Land Cruiser Prado" modelləri də avtomobil oğrularının maraq dairəsində olub.

"Land Rover Freelander" isə ilk üçlüyü tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti