...

BƏƏ-də göydələnlərin birində güclü yanğın baş verib

Dünya xəbərləri Materials 6 May 2020 02:58 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindəki göydələnlərin birində güclü yanğın baş verib
BƏƏ-də göydələnlərin birində güclü yanğın baş verib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindəki göydələnlərin birində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "Əl-Qad" nəşri bildirib.

Məlumata əsasən, Əl-Nahda məhəlləsində 45 mərtəbəli bir yaşayış binasında yanğın olub, yanğın demək olar ki, bütün binanı tez bir zamanda əhatə edib. Evin bütün sakinləri, eləcə də bir neçə qonşu binadan dərhal təxliyə edilib, zərərçəkənlər haqqında məlumat verilməyib.

Yanğına qarşı mübarizəyə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti