...

Kanadada atışma olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 7 May 2020 03:49 (UTC +04:00)
Kanadada atışma olub, ölən və yaralananlar var

Bakı. Trend:

Kanadanın Alberta əyalətində yaşayış evlərindən birində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma baş verən yerə polis əməkdaşları cəlb edilib. Daha sonra naməlum şəxs polis əməkdaşlarına da atəş açıb və nəticədə oradan keçən bir nəfər ağır yaralanıb.

Bildirilir ki, atəş açan şəxs hadisə yerindən qaçıb. Lakin polis əməkdaşları onu saxlamağa çalışarkən o, yenidən atəş açmağa başlayıb. Atışma nəticəsində cinayətkar güllələnib, bir polis əməkdaşı isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti