...

Qreta Tunberq UNİSEF-ə 100 min dollar verəcək

Dünya xəbərləri Materials 15 May 2020 09:02 (UTC +04:00)
Qreta Tunberq UNİSEF-ə 100 min dollar verəcək

Bakı. Trend:

İsveçli ekoaktivist Qreta Tunberq BMT-nin Uşaq Fonduna (UNİSEF) 100 min dollar verəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə 17 yaşlı ekoaktivist "CNN" telekanalında yayımlanan videomüraciətində bildirib.

Q.Tunberq bildirib: "Bizdən analiz götürməyiblər, çünki bizdə (İsveçdə - red.) tibbi yardıma ehtiyac olmadığı halda test etmirlər. Əlbətdə onun (koronavirusun - red.) məndə olub-olmadığını bilmirəm. Ancaq mən yenə də təcrid oldum, çünki bunu etmək düzgündür".

İsveçli ekoaktivist qeyd edib ki, onun üçün toplanan 100 min dolları BMT-nin Uşaq Fondunun ehtiyaclarına yönləndirəcək: "Biz COVİD-19 pandemiyası zamanı UNİSEF-i dəstəkləmək üçün yeni kampaniya başlatmışıq. Böhran dövründə həmişə ən həssas olanlar - uşaqlar üçün çətin olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti