Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 9 282 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 355 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 131 nəfər koronavirusdan ölüb, 5 765 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.