...

"İslam Məğribi ölkələrində Əl-Qaidə" qruplaşmasının lideri Malidə zərərsizləşdirilib

Dünya xəbərləri Materials 6 İyun 2020 00:17 (UTC +04:00)
"İslam Məğribi ölkələrində Əl-Qaidə" qruplaşmasının lideri Malidə zərərsizləşdirilib

Bakı. Trend:

"İslam Məğribi ölkələrində Əl-Qaidə" terror qruplaşmasının lideri Malidə zərərsizləşdirilib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə öz "Twitter" səhifəsində Fransanın müdafiə naziri Florans Parli yazıb.

F.Parli bildirib: "İyunun 3-də Fransa Silahlı Qüvvələri tərəfdaşların dəstəyi ilə Malinin şimalında keçirilən əməliyyat zamanı "İslam Məğribi ölkələrində Əl-Qaidə" qruplaşmasının əmiri Əbdülmalik Drukdeli və onun bir çox ortaqlarını zərərsizləşdiriblər".

Nazir qeyd edib ki, Ə.Drukdel "Əl-Qaidə"nin rəhbər komitəsinin üzvü olub və Şimali Afrikadakı qruplaşmalara başçılıq edib.

F.Parli vurğulayıb ki, Fransa tərəfdaşları ilə birlikdə Sahel bölgəsində terrorçularla mübarizəni davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti