...

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 6 İyun 2020 07:49 (UTC +04:00)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Corciya ştatının şimalında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Florida ştatından İndiana ştatına uçan təyyarənin göyərtəsində pilot və bir ailənin 4 üzvü olub.

Məlumata əsasən, qəza nəticəsində sağ qalan olmayıb.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsindən bildiriblər ki, təyyarə fırtınaya düşüb, amma qəzanın məhz bu səbəbdən baş verdiyini demək mümkün deyil.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti