...

Qazaxıstanda koronavirusa yoluxanların sayı 13 minə yaxınlaşır

Dünya xəbərləri Materials 8 İyun 2020 08:20 (UTC +04:00)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 13 minə yaxınlaşır

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 135 yoluxma halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yoluxma halları Nur-Sultan (24), Almatı (32), Çimkənd (14) şəhərlərində və Qızılorda (4), Atırau (11), Manqistausk (3), Şərqi-Qazaxıstan (5), Almatı (15), Jambıl (7), Kostanay (3), Qərbi-Qazaxıstan (13), Karaqanda (18), Aktyubinsk (15), Pavlodar (11), Kostanay (2), Türküstan (5), Akmolinsk (1) vilayətlərində qeydə alınıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 12 859 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 3 nəfər vəfat edib, 241 nəfər isə sağalıb. Koronavirusdan ölənlərin ümumi sayı 56 nəfərə, sağalanların sayı isə 7 376 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti