...

İranda daha 70 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 8 İyun 2020 15:16 (UTC +04:00)
İranda daha 70 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 70 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 8 351 nəfərə yüksəlib.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 043 nəfər koronavirusa yoluxub. Bununla da indiyədək İranda virusa yoluxanların sayı 173 832 nəfərə çatıb. Virus daşıyıcılarından 2 619 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi İranda indiyədək 136 360 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,1 milyondan çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti