...

Polşada 3 ton kokain müsadirə edilib

Dünya xəbərləri Materials 9 İyun 2020 20:51 (UTC +04:00)
Polşada 3 ton kokain müsadirə edilib

Bakı. Trend:

Polşada polis və sərhəd xidmətinin keçirdiyi birgə əməliyyat nəticəsində 3 ton həcmində kokain müsadirə edilib.

Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə, bu, Polşa üçün rekord göstərici olub. Müsadirə edilən narkotik vasitənin məbləği 750 milyon dollara yaxındır.

Əməliyyat nəticəsində müəyyən edilib ki, kokain Ekvadordan Almaniyanın Hamburq şəhərinə, oradan isə Polşaya gətirilib. O da məlum olub ki, bu partiyanın bir hissəsi Skandinaviya ölkələrinə keçirilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti