...

BVF Ukraynaya 5 milyard dollar kreditin verilməsini təsdiqlədi

Dünya xəbərləri Materials 10 İyun 2020 04:31 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) icraiyyə şurası ötən gün keçirilən iclasdan sonra Ukraynaya 1,5 il müddətinə 5 milyard dollar məbləğində kreditin verilməsini təsdiqləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "İcraiyyə şurası bu gün "stend-bay" kredit mexanizmi çərçivəsində Ukraynaya 5 milyard dollarlıq kredit verilməsini təsdiqləyib".

Bildirilir ki, iyun ayında Ukrayna BVF-dən 2,1 milyard dollar məbləğində ilk tranşı alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti