...

Türkiyədə koronavirusdan sağalanların sayı 150 min nəfərə yaxınlaşır

Dünya xəbərləri Materials 11 İyun 2020 21:28 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 150 min nəfərə yaxınlaşır

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 763 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 987 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 174 023 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 021 nəfər olmaqla 147 860 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 49 190 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti