...

Türkiyədə son sutkada koronavirusdan 1 242 nəfər sağalıb

Dünya xəbərləri Materials 12 İyun 2020 22:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 778 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 195 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 175 218 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 242 nəfər olmaqla 149 102 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti