...

Çində avtosisternin partlaması nəticəsində ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 İyun 2020 04:03 (UTC +04:00)
Çində avtosisternin partlaması nəticəsində ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Çinin şərqində avtomobil yolunda maye qaz daşıyan avtosisternin partlaması nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölənlərinsayı 18 nəfərə çatıb.

Bildirilir ki, hadisə yerində 165 nəfəri xilas etmək mümkün olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

XXX

23:18

Çinin Çjetszyan əyalətində avtomobil yolunda benzindaşıyan maşın partlayıb.

Trend-in "Kommersant"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 10 nəfər həlak olub, 117 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayışın təsirindən yaxınlıqdakı binalar uçub, bir neçə avtomobil alışıb.

Bildirilir ki, hadisə yerində xilasedicilər işləyir, partlayış zamanı ərazidə olan insanlara yardım edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti