...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 137 mindən çox artıb

Dünya xəbərləri Materials 15 İyun 2020 01:59 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 137 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 137 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 137 526 nəfər yeni koronavirusa yoluxub, 4 281 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 690 708, ölənlərin isə 427 630 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 711 768 yoluxma və 199 252 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 398 779, ölənlərin sayı isə 188 001 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 758 551 yoluxma və 16 640 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti