...

Ermənistanda koronavirusa yoluxanların sayı 19 min nəfəri keçib

Dünya xəbərləri Materials 19 İyun 2020 11:02 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 19 min nəfəri keçib

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 19 157 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 459 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 319 nəfər koronavirusdan ölüb, 10 572 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti