...

ABŞ Çini silahlar üzərində nəzarət ilə bağlı danışıqlara dəvət edib

Dünya xəbərləri Materials 20 İyun 2020 05:05 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Marşal Billinqslinin 22-23 iyun tarixlərində Avstriyada Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov ilə silahlar üzərində nəzarət ilə bağlı danışıqları baş tutacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ silahlar üzərində nəzarət ilə bağlı danışıqlara Çin tərəfini də dəvət edib: "M.Billinqsli Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə silahlar üzərində nəzarətin gələcəyi ilə bağlı qarşılıqlı razılaşdırılmış mövzuları müzakirə etmək üçün 22-23 iyun tarixlərində Avstriyaya yollanacaq. ABŞ Çin Xalq Respublikasına bu müzakirələrə qoşulmaq üçün açıq dəvət göndərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti