...

Tokio əhalisinin sayı 14 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 20 İyun 2020 10:23 (UTC +04:00)
Tokio əhalisinin sayı 14 milyon nəfəri ötüb

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokio şəhərinin əhalisinin sayı 14 milyon nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, mayın 1-i üçün Tokioda 6,88 milyon kişi və 7,12 milyon qadın yaşayırdı.

Bildirilir ki, şəhərdə əhalinin sayının artması yalnız digər prefekturalardan paytaxta oxumaq və işləmək üçün gələnlərlə deyil, həmçinin insanların ölkədə yeni növ koronavirusun yayılması səbəbilə yaşayış yerini dəyişmək istəməməsi ilə əlaqədardır.

Qeyd edək ki, Tokionun əhalisinin sayı 10 milyona 1962-ci ildə çatıb. Bu göstərici sonrakı onilliklər ərzində stabil artmağa davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti